Ötən gecə keçirilən "Miss Türkiyə 2024" seçilən İdil Bilgen Kamal Sunalın əfsanəvi obrazı Şabaniyeyə bənzədilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, "Miss Türkiyə" finalı ötən gecə keçirilib. 20 iştirakçının mübarizə apardığı yarışmanın qalibi İdil Bilgen olub. Qısa müddətdə gündəmə gələn Bilgen üçün minlərlə müqayisələr edilib.
1.80 boyu olan və tibb universitetini bitirən İdil Bilgen Türkiyəni Miss World yarışmasında təmsil edəcək. Fotoları qısa zamanda hər yerdə paylaşılan Bilgini görənlər onu Kemal Sunalın unudulmaz obrazlarından olan Şabaniye ilə müqayisə ediblər. İdil və Şabaniye obrazının bənzərliyi qısa müddətdə sosial şəbəkələrdə trend halına gəlib.