AZ

Makronun arvadına transgender deyənlərə hökm oxunacaq

Sentyabrın 12-də Paris məhkəməsi Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun transgender olmasından şübhələnən iki qadına hökm oxuyacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, işə baxan islah məhkəməsinin hesabatından məlum olub.

Təqsirləndirilən şəxslər Amandine Roy və Nataşa Reydir.

İstintaq hesab edir ki, birinci şəxs ölkənin birinci xanımı haqqında böhtan xarakterli materiallar hazırlayıb, ikinci şəxs isə onları yayıb. Məhkəmə iclasları iyunda olub və hökm bir qədər yubanıb.

Bricit Makronun vəkili hər bir şübhəlinin 10 min avro cərimələnməsini və məhkəmə xərclərinin ödənilməsini tələb edib.

2022-ci ildə özünü kəşfiyyatçı adlandıran Amandine Roy və jurnalist Nataşa Rey YouTube-da Fransa prezidentinin həyat yoldaşının əvvəllər Jan-Mişel Tronet adlı kişi olduğunu iddia edən bir video yayımlamışdı.

Bricit Makron böhtana görə həmin şəxsləri məhkəməyə verib.

Seçilən
91
modern.az

1Mənbələr