AZ

“Dövlət satınalmaları haqqında” qanunun tətbiqində mövcud çətinliklər açıqlanıb

Hesablama Palatası “Dövlət satınalmaları haqqında” qanunun tətbiqində mövcud olan çətinlikləri açıqlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin yanvar-iyun ayları üzrə icra edilmiş dövlət büdcəsinin parametrlərinin təhlili barədə məlumatında qeyd edilib.

Məlumata görə, yeni qanunvericilikdən irəli gələrək informasiya sistemlərinin inteqrasiyasının ilin əvvəlində tamamlanmaması, yeni qanunvericiliyin satınalan təşkilatlar tərəfindən tam mənimsənilməməsi, satınalmaların keçirilməsi zamanı müvafiq razılıqların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin kifayət qədər çox olması, həmçinin satınalmalarla bağlı təsdiqləmələrin hüquqi aktla müəyyən edilmiş son gündə verilməsi satınalma prosedurlarının keçirilməsi və müqavilələrin bağlanılmasında yubanmalara səbəb olmaqla, bir mənbədən satınalma metodu əsasında bağlanılan müqavilələrin sayında və məbləğində əhəmiyyətli artımla nəticələnib.

Belə ki, müvafiq dövlət orqanı tərəfindən təqdim edilmiş məlumatlara əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin 6 ayı üzrə bir mənbədən satınalma metodu əsasında bağlanılan müqavilələrin məbləğində 941,8 mln. manat, sayında isə 1457 ədəd artım qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
8
apa.az

8Mənbələr