Taekvandoçuların dünya üzrə yeni reytinqi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 58 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov ikinci sırada yer alıb.

Taekvandoçumuz yalnız Olimpiya finalındakı rəqibi - koreyalı Tae-Conq Parkdan geri qalır.

120 reytinq xalına malik olan Qaşım ilə lider arasında 80 xal fərq var. Eyni zamanda, idmançımız 3-cü yerdə qərarlaşan Məhəmməd Cendubini (Tunis) 78 xal qabaqlayır.