AZ

Qaradağda ali məktəblərə qəbulda yüksək nəticə göstərən məzunlar mükafatlandırıldı

Sentyabrın 12-də Qaradağ Rayon İcra Hakimiyyətində 2023-2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların mükafatlandırma tədbiri keçirildi...

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavini, məktəb direktorları və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar iştirak edirdi.

Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Vurğulandı ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, yüksək nəticə göstərən, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.

 Qaradağ rayonu üzrə orta məktəbi 2023-2024-cü tədris ilində 1857 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1258 abituriyentin 72.01 faizi, yəni 906 nəfəri tələbə adını qazandığı diqqətə çatdırıldı.

Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

Tədbirdə yüksək nəticə əldə etmiş məzunlara Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı hədiyyələr təqdim etdi, tələbə adını qazanmış məzunlara və məktəb direktorlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Poliqon.info

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
poliqon.info

10Mənbələr