AZ

Rusların Ermənistan sərhədlərindən çıxarılması üzrə diskussiya başladı- "Bu, yumşaq kreslo adamlarının işi deyil"...

Image

Sədrəddin Soltan: "Ötənlərdə baş nazir Nikol Pasinyan bəyan etdi ki, Rusiya Ermənistanin təhlükəsizliyinə təminat verə bilmir"

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin baş nazirinin Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə yerləşdirilməsi zərurətinə yenidən baxılması ilə bağlı bəyanatlarını diqqətlə izləmir.

Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanın Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin respublika ərazisində qalmaq zərurəti barədə düşüncələrini ehtiva edən bəyanatını şərh edərkən deyib.

O qeyd edib ki, Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd qeyri-müəyyən xarakter daşıyır.

“30 ildən artıqdır ki, Rusiya sərhədçiləri Ermənistan Respublikasının sərhədlərini qoruyur və onların mövcudluğunun aktuallığını, xüsusən də sərhədi qanunsuz keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaqla dəfələrlə təsdiqləyiblər”, - deyə o qeyd edib. Rusiya XİN nümayəndəsi bildirib ki, Ermənistan ərazisindən Rusiya sərhədçilərinin çıxarılması respublikanın təhlükəsizliyinə mənfi təsir edəcək. Zaxarova onu da qeyd edib ki, Ermənistan parlamentinin spikeri belə məsələləri müzakirə etmək üçün kifayət qədər səriştəli deyil. Onun fikrincə, bu məsələlər yumşaq kreslo adamlarının işi deyil, bunu Ermənistanın sərhədini həqiqətən qoruyanların müzakirəsinə vermək lazımdır.

Qeyd edək ki, Ermənistan parlamentinin sipikeri Alen Simonyan dünən bəyan etmişdi ki, Ermənistan hakimiyyəti Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çıxarılması barədə düşünməlidir. Spiker Ermənistan hakimiyyətinin regionda kommunikasiyaların bloklanması halında İrəvanın gömrük nəzarətinin Ermənistanın yurisdiksiyası altında olan özəl təşkilatlara verilməsinə icazə verməsi barədə bəyanatlarını belə şərh edib: “Rusiya sərhədçiləri uzun illərdir ki, Zvartnots hava limanında, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindədirlər. Fikrimcə, bizim düşünməli çox şeyimiz var”. Simonyan vurğulayıb ki, hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur.

Simonyanın sözlərinə görə, Naxçıvanı Sünik (Zəngəzur dəhlizi - red.) vasitəsilə Azərbaycanla birləşdirəcək kommunikasiyalara nəzarətin özəl şirkətə verilməsi Ermənistanın suverenliyini pozmayacaq, çünki nəzarət Ermənistanın yurisdiksiyasında olacaq. “Bu, Ermənistan qanunvericiliyinə uyğun həyata keçirilirsə, suverenliyə hansı təhlükədən danışmaq olar? Biz ərazilərdən imtina etmirik”, - deyə Simonyan əlavə edib.

Burada Rusiyanı narahat edən əsas məsələ odur ki, Kreml Qafqazada hərbi nüfuzunu itirməkdə davam edir. Əgər Ermənistan nəzərdə tutulan sərhədlərdən rus sərhədçilərinin çıxarılmasına nail olsa, sözsüz ki, növbəti mərhələdə müzakirə mövzusu Rusiyanın Gümrüdəki hərbi bazasının boşaldılması olacaq. Bunu Kreml də təxmin edir. Lakin Rusiya hələlik "söz atışmasından" o yana gedə bilmir, öz siyasi personaları ilə məsələyə münasibət bildirir.

Bəs Rusiyanın belə "qayğıkeşcəsinə" Ermənistanın cənub sərhədlərini qorumaqda marağı nədən ibarətdir? Sözsüz ki, İran-Ermənistan sərhədi Rusiyanı o qədər də ilgiləndirmir, bu, sadəcə olaraq Türkiyə-Ermənistan sərhədindəki vəziyyətə presedent yaradır. Türkiyə ilə sərhədi isə Rusiya özu ilə düşməni olan NATO sərhədi hesab edir. Doğrudan da, birincisi, Moskva ilə mülayim münasibətinə baxmayaraq, Türkiyə NATO-nun üçüncü ən böyük ordusuna sahibdir. İkincisi isə, NATO-nun Türkiyədə yerləşən “İncirlik” hərbi bazası bu qurumun Avropadakı ən böyük bazasıdır. Məhz buna görə Ermənistan Rusiyanın Qafqazda ən çox maraq göstərdiyi ölkədir.

Siyasi şərhçi Sədrəddin Soltanin da fikrincə, Ermənistanın əsas hədəfi Rusiya qoşunlarıni tamamilə ölkə ərazisindən çixarmaqdir: "Ötənlərdə baş nasir Nikol Pasinyan bəyan elədi ki, Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir. Başqa sözlə, İrəvan Rusiyanı Ermənistan üçün təhlükəsizliyin təminatı baxımından etibarlı tərəfdaş saymır. Ona görə də, əvvəlcədən razılaşdirilmış olsa da, rus sərhədçiləri  Zvartnots hava limanından artıq çıxarıldı. Eləcə də, Türkiyə və İran sərhədlərindən rus sərhədçilərinin çıxarılması Ermənistanın gündəliyindədir. Çunki bir dövlətin suverenliyi həm də onun sərhədlərinin təhlükəsizliyinin təmin edilməsidir.

Hesab edirəm ki, Rusiya Ermənistanın sərhəd təhlükəsizliyini qorumaqdan daha çox, bu ölkədə hərbi varlığını təmin etməyi, ona nəzarət etməyi düşünür. Zaxarovanın bəyanatlarının da məğzində məhz bu məsələ durur. Çünki Rusiyanın Ermənistanın çənub sərhədlərindən çıxarılmasının növbəti addımı rus qoşunlarının Gümrüdəki və digər yerlərdəki hərbi bazalardan çixarılmasi məsələsi olacaq. Rəsmi İrəvanın KTMT-də fəaliyyətini döndurmasi və ya onunla əlaqələri dayandırması Ermənistanın Rusiya ilə hərbi-təhlükəsizlik məsələsində əməkdaşlıqdan imtina etməsi deməkdir. Ermənistan sərhədlərinin rus qoşunlari tərəfindən qorunmaşi Kremlin İrəvan üzərində üstünlüyüdür. Zaxarovanın "qayğısı" da bu üstünlüyə xidmət edir.

Akif NƏSİRLİ





Seçilən
162
baki-xeber.com

1Mənbələr