AZ

İldə iki həftə icazə, 1,2 milyon dollar maaş... - Maraqlı İŞ TƏKLİFİ + FOTOLAR

Bu işi bacarana ildə 1,2 milyon dollar maaş verirlər. Bu maaşı qazana bilən isə hələ olmayıb. İş sadəcə mayakda yaşamaqdan ibarətdir. Siz işi qəbul edərkən hər cür riski nəzərə aldığınızı, ehtimal olunan qəzalar zamanı şirkəti günahlandırmayacağınızı rəsmi sənəd imzalayaraq bəyan etməlisiniz. Söhbət Uşant adasından 300 metr aralıda, Atlantik okeanına doğru uzanan Fransanın qərb sahilində yerləşən “La Jument” adlı mayakdan gedir. Sizdən tək istənilən şey ilboyu bu mayakda yaşamağınız, işıqların yandığından əmin olmağınız və ünsiyyəti problemsiz təmin etməyinizdir. Lakin ildə sadəcə iki həftə icazəniz var, digər zamanlarda isə buradan çıxa bilməzsiniz. 

News24.az Sfera.az-a istinadla “La Jument”lə bağlı maraqlı məlumatı təqdim edir.

Mayakın yerləşdiyi İruaz dənizinin ərazisi şiddətli tufanlar, nəhəng dalğalar və güclü axınlarla Avropanın ən təhlükəli yerlərindən biri hesab olunur. 

1888-1904-cü illərdə bu dalğalar arasında 30 gəmi itib. Nəticədə, XVIII əsrdə Fransadakı mayakların üçdə birindən çoxu bu sahildə tikilib. 20 fevral 1904-cü il tarixli nazirlik fərmanı ilə isə beton qaya üzərində qüllənin tikilməsi qərara alınıb. Bu qərar ilk dəfə Paris Coğrafiya Cəmiyyətinin üzvü Çarlz Eugene Potronun vəsiyyətində qeyd olunub. Vəsiyyətnamədə 400.000 franklıq xərclərin qarşılanacağı da bildirilib. Binanın tikintisinə 1904-cü ildə başlanılıb və hətta 1911-ci ildə tam başa çatdırılmayıb. Buna səbəb sərt hava şəraiti olub. Binanın tikintisi 7 il davam etsə də, içəridəki işləri yekunlaşdırmaq üçün daha 3 il lazım olub. Tikinti zamanı dəymiş ziyan da nəzərə alınmaqla ümumi dəyərin 850.000 frank olduğu təxmin edilir. Beləliklə, diametri 7 metr,  hündürlüyü 48 metr olan 7 mərtəbəli bina 1940-cı ildə tamamilə möhkəm təməl üzərində qurulub.

1989-cu ilin dekabr ayında nəhəng bir tufan qopub, dalğalar yüksəlib və “La Jument” mayakının şüşələri sınıb. Həmin vaxt orada işləyən Teodor Malqorn isə ölümlə üz-üzə qalıb. Dalğalar gözətçinin qaldığı otaqdakı bütün əşyaları aparıb. Malqorn çarəsizcə nə edəcəyini düşünərkən helikopterlərin səslərini eşidib.  O, xilasedici helikopterin gəldiyini düşünərək özünü göstərmək üçün mayakdan çölə baxarkən nəhəng bir dalğanın özünə doğru gəldiyini görüb. 

Bu zaman fırtınanın şəklini çəkməkməyə çalışan Jan Guixardın kadrına düşüb. Fotoqraf mayakın 20-30 metrlik dalğa ilə örtüldüyü görüntünü ölümsüzləşdirib. Teodor Malqorn isə yardım qrupları tərəfindən xilas edilib. 


Seçilən
64
3
news24.az

4Mənbələr