AZ

Avropada miqrasiya böhranı: Macarıstan Aİ-ni məhkəməyə verməyə hazırlaşır

Macarıstan sərhəd mühafizəsi xərclərinə görə Avropa İttifaqının (Aİ) icra orqanını məhkəməyə verməyə hazırlaşır.

Hökumət Aİ-nin icra komissiyasını sərhədlərin mühafizəsinə xərclədiyi vəsaiti geri qaytarmağa məcbur etməyin qanuni yollarını araşdırdığını bildirib.

Macarıstan Aİ-nin sığınacaq verilməsi qaydalarını pozduğuna görə 220 milyon dollar cərimələnib.

Baş nazir Viktor Orbanın aparat rəhbəri Gergely Gulyas hökumətin Avropa məsələləri üzrə nazirə bu mübahisəni həll etmək üçün Avropa Komissiyası ilə danışıqlar aparmağı tapşırdığını açıqlayıb.

Macarıstan uzun müddətdir ki, qaçqın və sığınacaq axtaranların müdafiəsi ilə bağlı məhdudlaşdırıcı siyasətinə görə Aİ ilə ziddiyyət təşkil edir.

Lakin iyun ayında Avropa Ədalət Məhkəməsinin Macarıstanı qaydaları AB qanunlarına uyğunlaşdırana qədər hər gün üçün 220 milyon dollar və əlavə 1 milyon avro ödəməyi əmr etməsi ilə mübahisə daha da böyüyüb.

Seçilən
30
1
aznews.az

2Mənbələr