AZ

İsrail ordusu HƏMAS-ın Rəfah briqadasını tamamilə məhv etdi

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) 162-ci diviziyası Fələstinin radikal HƏMAS hərəkatının Rəfah briqadasının məhvini başa çatdırıb.

“İki sahil” xəbər verir ki, iki min radikal döyüşçü və 13 kilometr uzunluğunda tunel məhv edilib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordu əlavə edib ki, son həftələr İsrail bölmələri Rafahın qərbindəki Tell əs-Sultan bölgəsində əməliyyat keçiriblər. Bu əməliyyat zamanı 250-dən çox terrorçu məhv edilib, o cümlədən Tell əs-Sultan batalyonunun komandiri Mahmud Həmdan və batalyon komandanlığının əksəriyyəti zərərsizləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
7
ikisahil.az

9Mənbələr