AZ

Premyer Liqanın 6-cı turu rəqəmlərin gözü ilə

Bu həftə Misli Premyer Liqasının 6-cı turunun oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, milli komandaların görüşləri ilə əlaqədar fasilədən sonra baş tutacaq turun matçları üç günü əhatə edəcək.

Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını açıqlayıb.

Misli Premyer Liqası

VI tur

13 sentyabr (cümə)

“Araz-Naxçıvan” – “Kəpəz” – 8 oyun, +2=0-6, top fərqi – 8-20
Son üç oyunda “Kəpəz” qalib gəlib. “Kəpəz” son dörd matçda qol vurub.

14 sentyabr (şənbə)

“Şamaxı” – “Sumqayıt” – 43 oyun, +18=13-12, top fərqi – 60-45
“Şamaxı” son iki qarşılaşmada qol vurmayıb. “Sumqayıt” son üç səfərdə qalib gəlməyib.

“Qarabağ” – “Səbail” – 27 oyun, +22=2-3, top fərqi – 60-14
“Qarabağ” bütün görüşlərdə qol vurub. Texniki nəticə nəzərə alınmasa, “Səbail” səfərdə xal qazanmayıb.

* – texniki nəticə top fərqində nəzərə alınmayıb.

15 sentyabr (bazar)

“Zirə” – “Neftçi” – 34 oyun, +13=9-12, top fərqi – 33-38
“Neftçi” son 8 oyunda qol vurub. Son 6 matçda qonaq olan komanda qalib gəlməyib.

* – texniki nəticə top fərqində nəzərə alınmayıb.

“Sabah” – “Turan Tovuz” – 8 oyun, +4=1-3, top fərqi – 10-11
“Turan Tovuz” bütün səfərlərdə qol vurub. “Sabah” son üç ev görüşündə qalib gəlməyib.

Seçilən
78
1
futbolinfo.az

6Mənbələr