AZ

Londonda ictimai nəqliyyat sisteminə kiberhücum

Londonda nəqliyyatın böyük bir hissəsinə cavabdeh olan yerli hökumət orqanı olan “Transport for London” (TfL), sistemlərinə edilən kibertəhlükəsizlik hücumu ilə bağlı araşdırma aparıldığını və təxminən 5 min müştərinin bank məlumatlarına daxil ola biləcəyini açıqladı.

TfL-nin bu gün müştərilərinə göndərdiyi məlumat e-poçtunda sentyabrın 1-də sistemlərində bəzi şübhəli fəaliyyətlərin aşkar edildiyi və girişin məhdudlaşdırılması üçün tədbirlər görüldüyü paylaşılıb.

Elektron məktubda ölkənin müvafiq təhlükəsizlik qurumları ilə birlikdə hərtərəfli araşdırma aparıldığı, araşdırmalar çərçivəsində bəzi müştəri məlumatlarının əldə olunduğu müəyyən edilib.

Adları, e-poçt ünvanları və ev ünvanları daxil olmaqla bəzi müştərilərin əlaqə məlumatlarının yer aldığı e-poçtda, ictimai nəqliyyat kartı Oyster kart geri qaytarma məlumatlarına və təxminən 5 min müştərinin bank hesablarına daxil ola biləcəyi ifadə edildi.

E-poçtda kiberhücumdan təsirlənən müştərilərə əlaqə saxlanıldığı və təhlükəsizlik tədbirin davam etdirildiyi bildirilib.

Britaniya mətbuatında yer alan xəbərlərə görə, istintaq çərçivəsində bir şübhəli həbs edilib.

Seçilən
97
1
vaxt.az

2Mənbələr