AZ

Ukraynanın ABŞ naviqasiyası ilə Britaniya raketlərindən istifadəsi müzakirə edilir

ABŞ və Böyük Britaniya hökumətləri Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə icazə verilməsini müzakirə edirlər. Söhbət ABŞ-nin naviqasiya məlumatları ilə Britaniya qanadlı raketlərinin istifadəsindən gedir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, bu məsələ son bir neçə gün ərzində ABŞ dövlət katibi Antoni Blinkenin Londonda və Kiyevdə iştirakı ilə keçirilmiş danışıqların bir hissəsi olub.

Kiyev Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün daha güclü Qərb silahlarında israr edərkən, rəsmi şəxslər Ağ evin Ukraynaya sərhədyanı hücumlarda Britaniyanın "Storm Shadow" raketlərindən istifadəyə icazə verib-verməyəcəyi barədə danışıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
49
milli.az

10Mənbələr