İstanbulun Fatih rayonunda 3 mərtəbəli binada naməlum səbəbdən çökmə baş verib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Hadisə zamanı yoldan keçən 1 nəfər yaralanıb, hadisə yerinə xilasetmə və polis dəstələri sövq edilib.
Dağıntılar altında qalan insanların olması ehtimalına qarşı xilasedicilər axtarış işlərini davam etdirir.