AZ

50 min dollara məxfi material satdı, 10 il iş aldı

ABŞ məhkəməsi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Aleksandr Yuk Çinq Ma-nı Çin kəşfiyyatına məxfi məlumat ötürdüyünə görə 10 il həbs cəzasına məhkum edib. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. 

ABŞ rəsmiləri hesab edir ki, 71 yaşlı Ma və onun MKİ-də işləyən qohumu əvvəllər Honq-Konqda Çin kəşfiyyatçıları ilə görüşüb və onlara məxfi material verib. Bunun üçün Ma və onun ortağı 50 min dollar alıb.

Məhkəmə sənədlərinə görə, bu işdə fiqurant olan şəxs müttəhimlə birgə törətdiyi cinayəti etiraf edib.

Xatırladaq ki, Ma 2020-ci ildə Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.

Tural

Seçilən
53
news365.az

1Mənbələr