AZ

Gündə nə qədər "İstisu" içmək olar? - Faydası və ziyanı -VİDEO




“Kəlbəcərin məşhur "İstisu"yunda mineralların çox olması onu təbii süfrə suyundan fərqləndirir. Bu su tərkibindəki kimyəvi elementlərin çoxluğuna görə müalicəvi əhəmiyyətə malikdir. Ona görə də "İstisu"dan istifadə edərkən, bəzi məqamlara diqqət etmək lazımdır”.

Bu fikirləri Bakupost.az -a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, “İstisu”yun tərkibində dəmir, yod, fosfor, sink, mis, nikel, maqnezium, eləcə də yod-brom və yüksək miqdarda litium var. Bu maddələrin çox olması onların bir çox xəstəliklərin müalicəsində faydalı olduğunu göstərir. Əsasən, mədə-bağırsaq, həzm problemi, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlarla bağlı şikayətləri olanlar "İstisu"dan istifadə edə bilər:


“Bu mineral suyi içərək xəstəliklərin müalicəsində faydalanmaq, eləcə də onunla yuyunaraq bir çox dəri xəstəliklərinin qarşısını almaq olar. "İstisu" tərkibində kalsium və maqneziumun çox olmasına görə sümüklər və dişlərin sağlamlığında da çox önəmli rol oynayır. Saçlarda kəpəklənmə probleminin belə bu su ilə aradan qaldırıldığı təsdiqlənib. Qaynaqlarda ağrı, eyni zamanda dəridə qabıqlama, qızartı, hər hansı allergik reaksiyalar zamanı da mineral su faydalıdır. Eləcə də səpkilərin quruyub daha tez zamanda sağalmasına kömək edur. Qan dövranının yaxşılaşmasında, yaşlılıqdan qaynaqlanan əzələ və oynaq ağrılarının aradan qalxmasında istifadə olunur".





Məhsəti Hüseynova qeyd edib ki, suyun tərkibində mineralların həddindən artıq çox olması səbəbindən gün ərzində onu çox miqdarda qəbul etmək olmaz:


"Belə ki, bu, böyrək problemlərinə gətirib çıxara bilər. Eləcə də mədədə yanmaya, mədə turşuluğunun artmasına gətirib çıxara bilər. Çünki bəzən olur ki, insanlar bunu təbii süfrə suyu ilə qarışdırır. Ancaq "İstisu"yu gün ərzində bir, bəzən isə iki fincandan artıq içmək tövsiyə olunmur. Həmin suyu gündə bir litrdən artıq qəbul etdikdə orqanizmdə müəyyən fəsadlar törədə bilər. Xüsusilə xroniki xəstəlikləri, öd və böyrəyində daş olan insanlar daha ehtiyatla istifadə etməlidirlər. Digər bir məqam isə ondan ibarətdir ki, "İstisu"yun tərkibindəki qaz təbii olduğuna görə orqanizm tərəfindən normal qəbul olunur. Bir çox insanlar isə bunu digər sənaye üsulu qazlı sularla qarışıq salırlar. Sənaye üsulu ilə hazırlanan qazlı sularda qaz ağırlığa gətirib çıxardır. Yaxud da həmin sudakı qaz daha sərt şəkildə hiss olunur və ağıza müəyyən dad gəlir. Amma "İstisu"da qaz normal şəkildə olduğuna görə ağızda xoşa gələn yumşaq bir dad olur və ağırlıq hiss olunmur".



Seçilən
85
6
medicina.az

10Mənbələr