AZ

"Red Bull"un Azərbaycan Qran-prisi üçün bolidində hansı dəyişikliklər etdiyi bəlli olub

"Red Bull" komandasının Azərbaycan Qran-prisi üçün bolidlərində etdiyi dəyişikliklər bəlli olub.

"Far.Az" xəbər verir ki, bu barədə "Racingnews365" nəşri məlumat yayıb.

Bildirilib ki, Maks Ferstappen və Serxio Peresin idarə edəcəyi RB20 avtomobillərinin alt hissəsində köklü dəyişikliklər olub:

"Bolidin alt hissəsi yamaqlı yorğan kimi bir şeyə çevriləcək. Üç fərqli versiyanın hibrid qarışığından ibarət olacaq. Mühəndislərin fikrincə, bu radikal addım resursları israf etməmək üçün ən məntiqli həll yoludur. Azərbaycanda və xüsusilə Sinqapurda komanda zərərin məhdudlaşdırılmasını istəyir. Enriko Balbonun rəhbərlik etdiyi aerodinamika şöbəsi artıq oktyabrda Ostində keçiriləcək ABŞ Qran-prisi üçün təkmilləşdirmə üzərində işləyir".

Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
far.az

3Mənbələr