AZ

"Azərbaycan gəncliyi öz sözünü praktik olaraq deyib" - SOSİOLOQ DANIŞDI

“Azərbaycanda gənclər ölkə əhalisinin təqribən 20-21 faizini təşkil edir. Bu o deməkdir ki, Azərbaycanda əhalinin tərkibində gənclərin sayı azalıb. On il əvvəlin statistikasında gənclərin ölkə əhalisi içərisindəki sayı təxminən 29-30 faiz təşkil edirdi. Hazırki statistikada isə gənclərin sayında azalma olduğu aydın görünür”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, Azərbaycanda gənclər siyasəti ilə bağlı dövlətin iradəsi ortadadır: “Dövlət gənclərin inkişafı, təhsili, məşğullu və mədəni inkişafı üçün əsaslı addımlar atır. Lakin bununla yanaşı hesab edirəm ki, atılam addımlar davam etdirilməli və gənclərin bütün kateqoriyaları bu qayğı, diqqətlə əhatə olunmalıdır.Region gənclər məşğulluq məsələlərini təmin etmək üçün paytaxta axın edir. Bu da regionlarda əhalinin azalmasına səbəb olur. Buna görə də paytaxtla yanaşı regionlarda da gənclərin məşğulluğun təmin edilməsi istiqamətində daha çox iş görülməlidir.Azərbaycan gəncləri dünya gəncləri içərisində ən şərəfli, ləyaqətli yerlərdən birini tutur. Azərbaycan gəncliyi həm idman, həm də intellektual sahədə özünü təsdiq edib. Məhz o gənclik sahəsində Azərbaycan dövlət olaraq bütövlüyünü, suverenliyini təmin edib. Bu baxımdan Azərbaycan gəncliyi öz sözünü praktik olaraq deyib.Bizim gənclərimiz hər zaman yeniliyə açıqdır, qlobal çağırışlara dərhal cavab verilir. Gənclərimizi qınamamlıyıq, onlar yaşlı nəsil Azərbaycan gəncliyinə ötürdüyü adət-ənənələr, mənəvi dəyərləri qoruyub, saxlayır. Gəncliyə təsir edən xarici faktorlar da var. Hazırda gənclərin formalaşmasına sosial media da mühüm rol oynayır. Buna görə də çalışmalıyıq ki, sosial şəbəkə vahidləri də sağlam olsun və bu istiqamətdə əlavə qanunlara ehtiyac var”.

Müəllif: Səbinə Hüseynli

Seçilən
54
1
sesqazeti.az

2Mənbələr