Ötən gün Ermənistanın Zəngəzur bölgəsindəki hərbi hissədə döyüş növbətçiliyində olan bir qrup hərbçi zəhərlənərək tibb mərkəzinə aparılıb.
Yenicag.az “Hraparak”a istinadən xəbər verir ki, zəhərlənənlərdən ikisi ağır vəziyyətdə komaya düşüb.
Məlumata görə, döyüş növbətçiliyində olanlar yeməklərində yabanı meyvələrdən istifadə edib, onlardan zəhərləniblər. kapital bank vakansiya
“Ermənistan” Tibb Mərkəzinin direktor müavini Aşot Kurqinyan məlumatı təsdiqləyib.