“Qalatasaray”ın hücumçusu Mauro İkardi komandadan ayrıla bilər.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı forvard Braziliyanın “Flamenqo” klubunun diqqət mərkəzindədir. İddia edilir ki, 2025-ci ilin qışında ulduz futbolçu İstanbul təmsilçisindən ayrılacaq.
Xatırladaq ki, İkardinin 2026-cı ilə qədər “Qalatasaray”la müqaviləsi var.