AZ

İsrail ordusunun Baş Qərargah rəisi istefa verəcək – KİV


İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Hersi Halevi dekabrda istefaya getməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası mənbələrə istinadla məlumat yayıb.
Bu vaxta qədər silahlı qüvvələr 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının hücumunu mümkün edən hərbi rəhbərliyin buraxdığı səhvlərlə bağlı araşdırmanı başa çatdırması nəzərdə tutulur.
Halevinin dekabrın sonunda istefa verməzdən əvvəl daxili yoxlamaların nəticələrini ictimaiyyətə açıqlayacağı gözlənilir.
Eyni müddətə qədər İsrail Müdafiə Qüvvələri Livanda potensial hərbi əməliyyata hazırlığı başa çatdırmalıdır.
Bununla yanaşı, kanal qeyd edir ki, “Hizbullah” hərəkatı ilə münaqişənin şiddətlənəcəyi təqdirdə Halevi vəzifəsində qala bilər.
İsrail ordusunun mətbuat xidməti bu məlumatı təkzib edib.
“Baş Qərargah rəisinin istefası ilə bağlı təklif edilən tarixlə bağlı bu məlumat yalandır və əsassızdır”, - silahlı qüvvələrin bəyanatında bildirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
5
yeniavaz.com

6Mənbələr