AZ

İndiyə kimi rezidentlər Pirallahı Sənaye Parkına 40 milyon manatdan artıq investisiya yatırıb

Pirallahı Sənaye Parkında şəkəri təyin edən cihazlar, birdəfəlik üçkomponentli şprislər, 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulları, bioloji aktiv qida əlavələri və dərman vasitələri istehsal ediləcək.

Pirallahı Sənaye Parkından indiyə qədər 53 milyon manatlıq məhsul satılıb

FED.az xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, hazırda Parkda rezidentlər şpris (1, 2, 5, 10, 20, 50 ml), sterilləşmiş damardaxili kateter, sterilləşmiş infuziya dəsti, lateks steril cərrahi əlcək, Diabeton MR və s. məhsulların istehsalı həyata keçirilir. Məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldilib. Növbəti mərhələdə onların Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Belarus, İran və s. ölkələrə ixrac edilməsi nəzərdə tutulur.

İndiyə qədər Pirallahı Sənaye Parkında investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Rezidentlər Parka 40 milyon manatdan artıq investisiya yatırıb, 140-dan artıq daimi iş yeri yaradıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə 80 milyon manatdan çox investisiya qoyulması, 400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. İndiyə qədər rezidentlər 53 milyon manatlıq satış həyata keçirilib. Bunun 7,5 milyon manatlıq hissəsi bu ilin I yarısının payına düşüb.

Pirallahı Sənaye Parkının rezidenti olmaq istəyən sahibkarların müraciətləri əsasən dərman istehsalı sahəsindədir. Rezidentlər müasir texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən dərmanlar istehsal edir. Texnologiyalar, Almaniya, İtaliya Türkiyə, İsveçrə kimi qabaqcıl ölkələrə məxsusdur. (Report)

Seçilən
60
11
fed.az

10Mənbələr