AZ

Ermənistan sürətlə silahlanır — Çindən də silah alacaq

DogruXeber.az: - “Ermənistan son iki ildə sürətlə silahlanır. Rəsmiləri bunun müdafiə məqsədilə həyata keçirildiyini desələr də, alınan silahların əksəriyyəti hücum silahlarıdır. Bu günlərdə Ermənistanın Baş naziri yenidən sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Digər tərəfdənsə, Ermənistanın havadarları ona maliyyə dəstəyini artırır, bu isə ölkənin hərbiləşməsinə təkan verir”. Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. E.Hacıyevin sözlərinə görə 100 milyonlarla dollar həcmində müxtəlif adlarla ABŞ və Qərb Ermənistana maliyyə vəsaiti ayırıb: “Ermənistan hərbi müttəfiqlərinin sayını artırmağa çalışır. Elə dünən Suren Papikyan Çinə səfər etdi. Çinin müdafiə naziri ilə keçirilən görüşdə hərbi əməkdaşlığın gücləndirilməsinə diqqət çəkildi, yəni Ermənistan Çindən də silah almağa hazırlaşır. Hindistanın Müdafiə Tədqiqatları və Analiz İnstitunun baş direktoru bildirib ki, Ermənistan artıq 155 millimetrlik kaliberli artilleriya qurğusunun növbəti partiyasını alacaq. Bundan əlavə Ermənistana “Svati” radiolokasiya kompleksi satılıb. 250 milyon dollarlıq çoxlüləli raket kompleksinin alınması barədə də müqavilə bağlanılıb. 2025-ci ildə Ermənistan Hindistandan 600 milyon dollardan çox həcmdə silah-sursat alacaq. Fransa və ABŞ-dən alınan silahları da unutmamalıyıq”. Ekspert Ermənistanın sülh bağlamaq əvəzinə silahlanmaq yolunu seçdiyini qeyd edib: “Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin bağlanmasını gecikdirir. Ermənistan erməni xislətini işə salaraq özünü sülh tərəfdarı kimi göstərir, amma silahlanmağa davam edir. Buna baxmayaraq Azərbaycan öz düşmənini yaxşı tanıyır. Bizim hərbi büdcəmiz Ermənistan büdcəsinin hamısı qədərdir. Ermənistana kənardan nə qədər yardımlar olsa da Azərbaycanın qarşısında dayana bilməz”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
dogruxeber.az

3Mənbələr