Çində növbəti 15 il ərzində pensiya yaşı artırılacaq.
“Cebheinfo.az” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsi məlumat yayıb.
Bildirilib ki, Komitə Pekində keçirilən növbəti iki aylıq iclasında sub-pensiya həddini tənzimləyən qanun layihəsini təsdiqləyib.
Çində növbəti 15 il ərzində pensiya yaşı kişilər üçün 60-dan 63-ə, qadınlar üçün isə 55-dən 58-ə yüksələcək.
1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcək tənzimləmə ilə növbəti 15 il ərzində yaş hədləri hər 5 ildən bir mərhələli şəkildə artırılacaq.