“Azərişıq” ASC növbəti iri məbləğli tenderin nəticələrini elan edib.
“FED.az xəbər verir ki, tenderin qalibi “İMA-Energy” MMC olub.
Müqavilədə Zəngilan rayonu Cahangirbəyli yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur.
Tenderin ümumi dəyəri isə 2 milyon 121 min 548 manat təşkil edir.