AZ

ABŞ Bağdad hava limanındakı partlayışı Tehrana yaxın qüvvələrin işi HESAB EDİR

Bağdad hava limanında ABŞ-nin diplomatik kompleksinə edilən partlayışdan sonra, ABŞ-nin İraqdakı səfirliyi hücumun İrana yaxın qrupların işi olduğunu müəyyən edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Radio Farda” məlumat yayıb.

Məlumata görə, ABŞ səfirliyi bunun İran prezidenti Məsud Pezeşkianın Bağdad hava limanına enişindən saatlar öncə müəyyənləşdirib.

İraqın təhlükəsizlik rəsmisi bildirib ki, iki “Katyuşa” raketi hava limanının ABŞ və beynəlxalq koalisiya qüvvələrinin yerləşdirildiyi hissəyə düşüb. Sözügedən hücumda insan itkisinin olmadığı da vurğulanıb.

ABŞ-nin Bağdaddakı səfirliyi yaydığı bəyanatda hücumu həyata keçirən qüvvələrin adını verməsə də, İraqda sərbəst fəaliyyət göstərən İrana bağlı qruplaşma olduğunu qeyd edib. 

Bizim.Media

Seçilən
21
12
bizim.media

10Mənbələr