AZ

Putinin bu qərarından sonra avropalılar NAMAZA DƏVƏT OLUNDU

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan qadağanın ləğvinin NATO-nu münaqişənin birbaşa iştirakçısına çevirəcəyini söyləyib. İrlandiyalı jurnalist Çey Bouz bu açıqlamadan sonra avropalıları və amerikalıları dua etməyə, namaz qılmağa çağırıb.

Editor.az  publika.az-a istinadən xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında azan oxunması ilə bağlı yazı dərc edib.

“Qırmızı xətt gün kimi aydındır. Top hazırda NATO-nun meydançasındadır. Dua edək ki, NATO nə etdiyini bilsin”, – Çey Bouz “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Jurnalist NATO-nun Putinin qırmızı xəttini keçməyəcəyinə və Avropanı təhlükəyə atmayacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti bildirmişdi ki, Kiyevin Rusiyanın dərinliklərində Qərb silahları ilə zərbələr endirməsinə icazə verilməsi Aİ, NATO və ABŞ-ın Rusiya Federasiyası ilə müharibəyə girməsi demək olacaq. Bu, Moskvanı yaranacaq təhlükələr əsasında müvafiq qərarlar qəbul etməyə məcbur edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
3
editor.az

10Mənbələr