Bakı. Trend:
Məlum olduğu kimi, aprelin 5-də Aİ Komissiyasının sədri Ursulafon der Lyayen, ABŞ-nin dövlət katibi Entoni Blinken vəErmənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldəkeçirilən üçtərəfli görüş Ermənistana siyasi və iqtisadi dəstəkvədləri ilə nəticələndi.
Bunu Trend-in suallarını cavablayarkən UludağUniversitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, bu vədlər arasında ABŞ və Aİ-nin Ermənistanamaliyyə yardımı diqqəti cəlb edib.
"Aİ Ermənistana 270 milyon avronun 4 illik kredit şəklindəveriləcəyini, ABŞ isə 65 milyon dollar yardım ediləcəyini açıqladı.Bu arada keçmişi çox da təmiz olmayan Beynəlxalq İnkişaf Agentliyi(USAID) də özünü göstərməyə başladı.
Bəs Aİ və ABŞ Ermənistana, həqiqətən, humanitar və ya inkişafməqsədləri üçün kömək edir? Yoxsa USAID-in elan etdiyi kimi, buqrant yardımı fəlakət risklərinin idarə edilməsi,kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regionaləməkdaşlıq və ticarət, demokratik islahatlar və iqtisadi inkişafkimi əsas sahələr üçün istifadə olunacaq? Əlbəttə, yox. Aİ vəABŞ-nin Ermənistana yardımı Cənubi Qafqazda Azərbaycanın xeyrinəçevrilmiş geosiyasi vəziyyəti yenidən dəyişmək cəhdidir.
Daha sadə dillə desək, bu yardım və qrantlar İkinci Qarabağmüharibəsi ilə Cənubi Qafqazda nüfuzunu itirmiş Qərb dövlətlərininregionda öz nüfuzlarını bərpa etmək cəhdlərinin məhsuludur. Busəbəbdən Birləşmiş Millətlər Təşkilatının qərarına baxmayaraq,Ermənistanın Qarabağı işğalına səs çıxarmadılar.
Lakin İkinci Qarabağ müharibəsi Azərbaycanın mütləq qələbəsi iləbaşa çatdıqda rutin alt-üst edildi və Qərb dövlətlərinin regiondaqurduğu status-kvo pozuldu. Çünki qələbədən sonra Azərbaycan özərazi bütövlüyünü təmin etdi və regionun ən nüfuzlu ölkəsinəçevrildi. Bu struktur regionun sabitliyi üçün müsbət hal idi.
30 ildir öz doğma yurdlarından didərgin salınan azərbaycanlılaraqarşı biganə qalmaq Qərbin əsl simasını göstərmək üçün kifayətdir.ABŞ Cənubi Qafqazda xaos yaratmaqla öz nüfuzlarını bərpa etməyəçalışır. Onların Ermənistana humanitar və ya inkişaf yardımı adıaltında verdikləri yardımlar regionda sabitliyi tamamilə pozacaqaddımlardır", - deyə o əlavə edib.