AZ

Ermənistanda 4 nəfər Qərbi Nil qızdırmasından öldü


Ermənistanda 4 nəfər Qərbi Nil qızdırmasından ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və profilaktika üzrə milli mərkəzi məlumat yayıb.
Bildirilir ki, son bir həftə ərzində 20 yeni yoluxma halı müəyyən edilib. Ölkədə ümumilikdə 128 Qərbi Nil qızdırması halı qeydə alınıb.
Xatırladaq ki, Ermənistanda ilk dəfə virus xəstəliyinə yoluxma halı avqustun 21-də məlum olub. Qərbi Nil qızdırması insanlara ağcaqanad dişləməsi ilə keçir. Çox vaxt infeksiya asemptomatikdir. Xəstəliyin mümkün əlamətləri arasında qripə bənzər simptomlar və səpki var.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
12
yeniavaz.com

10Mənbələr