AZ

Ermənistanda 4 nəfər ağcaqanad virusundan öldü

Ermənistanda Qərbi Nil qızdırmasından 4 nəfər ölüb.

Ölk.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ağcaqanad virusu kimi də tanınan infeksiyaya 128 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ilk dəfə 1937-ci ildə Uqandada aşkarlanan Qərbi Nil Virusu, illər ərzində bütün dünyaya yayılmağa davam edən infeksiyadır. Adətən “Culex” ağcaqanadlarının dişləmələri ilə ötürülür və ondan qorunmaq üçün heç bir peyvənd yoxdur. Lakin ağcaqanad dişləmələrindən qorunmaq tövsiyə olunur. Xəstəlik daha çox iyun-sentyabr ayları arasında yayılır. Xəstəliyin bütün dünyada sürətlə yayılmasının səbəbi virus daşıyan ağcaqanadların müxtəlif quş növlərini sancaraq yoluxdurmasıdır.

Ağcaqanad dişlədiyi andan inkubasiya dövrünün 2 - 14 gün arasında dəyişdiyi, immuniteti zəif olanlarda isə bu müddətin 21 günə qədər artdığı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
8
azreform.net

10Mənbələr