AZ

Bu ölkənin prezidentinə naməlum şəxs xəncərlə hücum etdi

Qəmər Adaları İttifaqının Prezidenti Azali Assumani naməlum şəxsin hücumuna məruz qalıb və xəncər yarası alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Habari za comores” portalı məlumat yayıb.

Zərbə onun başına dəyib, lakin yara elə də təhlükəli deyil.

Qeyd olunub ki, Prezident anım mərasimində iştirak etmək üçün Salimani kəndinə gedib və orada hücuma məruz qalıb. Cinayətkar saxlanılıb və dindirilir.


Müəllif: Teleqraf.com
Seçilən
14
5
teleqraf.com

9Mənbələr