AZ

Bu gün "Formula 1 Azərbaycan Qran-Prisi 2024” davam edəcək

Bu gün "Formula 1 Azərbaycan Qran-Prisi 2024"ün ikinci günü davam edəcək.

7News.Az Trend-ə istinadən xəbər verir ki, 13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə "Formula 1" və "Formula 2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də "Formula 1" komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və "Formula 2" komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və "Formula 1" və "Formula 2" üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, "Formula 1" Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə "Formula 1" Azərbaycan Qran-Prisi baş tutub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
49
7news.az

10Mənbələr