“Formula 1”də ikinci günə start verilir – Proqram
Bu gün Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək.
Yeniavaz.com xəbər verir ki, əvvəlcə pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Daha sonra “Formula 2”də sprint yarışı keçiriləcək.
Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turunda iştirak edəcəklər.
Azərbaycan Qran-prisi: İkinci günün proqramı
14 sentyabr
12:30. “Formula 1”: Üçüncü sərbəst yürüş
14:15. “Formula 2”: Sprint yarışı
16:00. “Formula 1”: Sıralama turu
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.