AZ

Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır

ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir.Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirilib.
 
Miller vurğulayıb ki, Blinken Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.

Daha əvvəl Ermənistan hökumətinin yaydığı məlumata görə, Antoni Blinken və Nikol Paşinyan ikitərəfli gündəliyi və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.

www.anews.az
Seçilən
24
44
anews.az

10Mənbələr