AZ

Olaf Şolts Mərkəzi Asiya ölkələrinə səfər edəcək- Tarixdə yeni GEDİŞ 

Almaniyanın Federal kansleri Olaf Soltsun bazar ertəsi Qazaxıstana səfər etməzdən əvvəl (15 sentyabr) Özbəkistana gedəcəyi gözlənilir.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.  Şolts bununla 22 ildə Özbəkistana, 11 ildə Qazaxıstana səfər edən ilk kansler (və tarixdə ikinci) olacaq.

Üç günlük səfəri çərçivəsində Şoltsun Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri ilə altıtərəfli “Mərkəzi Asiya Görüşü”ndə iştirak edəcəyi gözlənilir. Bu, ötən il Berlində əsası qoyulan ikinci belə sammitdir.

Mətbuat yazır ki, Almaniyanın ABŞ, Çin və Rusiya kimi böyük güclərdən həddən artıq asılılığı problemlərə səbəb olub. Ona görə də Almaniya hökuməti bu kimi siyasət yürüdərək kiçik ölkələrlə əməkdaşlığa keçid edir. 

Seçilən
52
8
musavat.com

10Mənbələr