AZ

Azərbaycan neftinin bir bareli 76,30 dollara satılır -BİRJALARDA SON VƏZİYYƏT

Dünya birjalarında neft ucuzlaşıb.

 

Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar azalaraq 71,61 dollar olub.

 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar azalaraq 68,65 dollar təşkil edib.

 

Dünya bazarında Azərbaycan nefti də ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,47 dollar və ya 0,61 faiz azalaraq 76,30 dollar olub.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
11
senzor.az

10Mənbələr