“Fransanın Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz olmaqla yanaşı, mübahisə predmeti deyil. Biz Ermənistanla həm də müdafiə sahəsində əməkdaşlıq edirik”.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne Ermənistana səfəri öncəsi yaydığı videomüraciətində bildirib.O, ölkəsinin Ermənistanla münasibətlərinin möhkəm təməllərə əsaslandığını və tərəflərin bu əlaqələri daha da gücləndirməkdə maraqlı olduğunu açıqlayıb.