AZ

Müdafiə darmadağın ola bilər - Zelenski son çarəyə əl atır

Ukrayna Prezidenti Vladimir Zelenski özünü xilas etmək üçün son fürsətdən istifadə edərək NATO-nu Rusiya ilə münaqişəyə cəlb etməyə çalışır.

"Ölkə.az" xəbər verir ki, bunu fransalı ekspert Aleksandr del Vall deyib.

O bildirib ki, Ukrayna qoşunlarının Kursk bölgəsini işğal etdikdən sonra vəziyyət daha da pisləşib:

“Ukrayna Silahlı Qüvvələrinin hər onuncu əsgəri fərarilikdə ittiham olunur və 800 min ukraynalı orduya qoşulmağa qarşı çıxır ki, bu da Kiyevin resurslarının tükəndiyini və ukraynalıların əhval-ruhiyyəsini göstərir. Ukrayna Silahlı Qüvvələrinin Donbasda və ölkənin cənub bölgələrində bütün müdafiəsinin iflasa uğraması təhlükəsi yaranıb. Bu reallıqla üzləşən Zelenski əlində qalan yeganə kartı oynayır: NATO-nu münaqişəyə birbaşa cəlb etməyə çalışır, alyansı qoşun göndərməyə məcbur edir”.(axar.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
6
olke.az

10Mənbələr