AZ

"Formula 1": "McLaren" pilotu Azərbaycan Qran-prisinin qalibi olub - YENİLƏNİB 

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Adalet.az-ın məlumatına görə, "McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.

 

16:16

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.

Adalet.az-ın məlumatına görə, 23 yaşlı sürücü 40 dövrədən sonra birinci yerdədir.

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

15:58

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.

Adalet.az-ın məlumatına görə, 23 yaşlı sürücü 30 dövrədən sonra birinci yerdədir.

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

15:43

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyi ələ keçirib.

Adalet.az-ın məlumatına görə, 23 yaşlı sürücü 20-ci dövrədə buna nail olub.

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

 

15:24

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "Ferrari" pilotu Şarl Lekler hazırda liderdir.

Adalet.az-ın məlumatına görə, 26 yaşlı sürücü 10 dövrədən sonra birinci pillədə qərarlaşıb.

"McLaren"dən Oskar Piastri ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

15:00

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Adalet.az-ın məlumatına görə, mübarizəyə saat 15:00-da start verilib.

Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.


Seçilən
140
42
adalet.az

10Mənbələr