Bakı "Crescent Mall"da yeni özbək idman markası olan "BeFit"in Azərbaycandakı rəsmi açılış mərasimi keçirilib.
Musavat.com bildirir ki, şəhərimizin ən geniş və avanqard idman zalının açılış tədbirində Azərbaycanın və Özbəkistanın tanınmış ictimai-siyasi simaları iştirak ediblər.
Azərbaycan tərəfdən Emin Ağalarov, gənclər və idman naziri Fərid Qayıbov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kimi şəxslər mərasimə qatılıblar.
Nazir Sahil Babayev Şahnaz Mirzoyeva ilə birlikdə
Onlar bu addımı Azərbaycan və Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əhəmiyyətli bir hadisə kimi qiymətləndirdilər.
Özbəkistan tərəfindən isə tədbirdə Mərkəzi Asiya MMA Konfederasiyasının Prezidenti və Özbəkistan Prezidentinin Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini Otabek Umarov və onun həyat yoldaşı, Özbəkistan Prezidentinin qızı Şahnaz Mirzoyeva iştirak etdilər.
Özbəkistan Prezidentinin qızı Şahnaz Mirzoyeva bu fotoda ortada
Bu mötəbər tədbir həmçinin çox sayda bloger, sənət adamları və digər tanınmış şəxsləri bir araya gətirdi.
Mərasim zamanı BeFit markasının Azərbaycanın paytaxtına gətirilməsi iki ölkə arasında ticarət və mədəni əlaqələrin genişlənməsinə dəstək verən vacib bir addım kimi dəyərləndirildi. Bu markanın təqdimatı ilə idman məhsullarının və sağlam həyat tərzinin təşviqində də yeni bir mərhələ açıldığı qeyd olundu.
Musavat.com açılış mərasimindən eksklüziv fotoları təqdim edir.
Musavat.com