Türkiyədə makaron fabrikindəki partlayış zamanı 28 nəfər yaralanıb.
APA “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Sakarya valisi Yaşar Karadeniz məlumat verib.
O deyib ki, 28 yaralı var, onlardan altısının vəziyyəti ağırdır.
Bu arada, partlayışın baş verdiyi sahədə sıxışıb qalan fəhlə yanğınsöndürmə briqadalarının işi sayəsində kranın köməyi ilə olduğu yerdən xilas edilib. Tüstüdən təsirlənən işçiyə təcili tibbi yardım maşınında tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Alovu nəzarətə götürən yanğınsöndürmə briqadası soyutma işlərini davam etdirir.
***
17:35
Türkiyədə Sakarya bölgəsindəki makaron fabrikində naməlum səbəbdən partlayış baş verib.
APA “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.
Yanğınla bağlı hadisə yerinə şəhər mərkəzi, rayon və ətraf rayonlardan təcili yardım əməkdaşları və xilasedicilər, polis qrupları göndərilib.
Məlumata görə, partlayış nəticəsində 21 nəfər yaralanıb. Yaralılar tibb işçiləri tərəfindən ətraf xəstəxanalara aparılıb.