Futbol üzrə İspaniya çempionatında beşinci turun “Jirona” – “Barselona” oyunu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, “göy qranatlılar” 4:1 hesabı ilə qalib gəlib.
İlk hissədə Lamin Yamal "Barselona"nın heyətində dubl edib. İkinci 45 dəqiqənin əvvəlində Dani Olmo hesabı üçə yüksəldib, 64-cü dəqiqədə isə Pedri üstünlüyü artırıb.
Meydan sahibləri yalnız 80-ci dəqiqədə bu qollardan birini əvəzini çıxa bilib. Belə ki, Kristian Stuani fərqlənib. Beş turdan sonra maksimum xal toplayan "Barselona" turnir cədvəlinin vahid lideridir. “Jirona” 7 xalla 7-ci pillədə qərarlaşıb.
“Jirona” – “Barselona” – 1:4