AZ

Nigeriyada daşqınlar zamanı 274 məhbus həbsxanadan qaçıb

Nigeriyanın Borno ştatında güclü daşqınlardan sonra həbsxanadan azı 274 məhbus qaçıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə CNN Nigeriyanın İslah Xidmətinə istinadən yazıb.

“Daşqınlar islah müəssisələrinin, o cümlədən Mayduqurinin xüsusi rejimli islah mərkəzinin divarlarını uçurub, həmçinin şəhərdəki müəssisənin işçilərinin yaşayış yerlərini məhv edib”, - xidmətin sözçüsü Əbubəkir Ömər bildirib.

Onun sözlərinə görə, azı 281 məhbus təhlükəsiz və etibarlı müəssisəyə köçürülərkən qaçıb və onlardan yeddisi daha sonra tapılıb.

Sözçü bildirib ki, xidmət qaçanların şəxsiyyətini, o cümlədən biometrik məlumatları bilir və bu məlumatı ictimaiyyətə açıqlayıb. Məhbusların axtarışı davam edir.

Təbii fəlakətlərin idarə olunması üzrə NEMA agentliyinin son məlumatlarına görə, daşqınlar səbəbindən 386 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan azı 229-u ölüb.

Daşqınlar nəticəsində Nigeriya zooparkını su basıb, ilanlar və timsahlar yaşayış məntəqələrinə gedib. Daşqınlardan ən çox ölkənin şimalı zərər çəkib.

Ötən ay Nigeriyanın Hidroloji Xidmətlər Agentliyi (NIHSA) ölkənin ən böyük çaylarından biri olan Nigerdə suyun səviyyəsinin yüksəlməsi barədə xəbərdarlıq etmişdi.

Seçilən
107
50
operativmm.az

10Mənbələr