Şamaxı rayonunun Bağırlı kəndində Heydər Əliyev Fondu tərəfindən inşa etdirilən məktəbin açılışı olub.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, 1988-ci ildə tikilən və tamamilə yararsız vəziyyətə düşən Şamaxı rayonu Faiq Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbi yeni bina inşa edilib.
Heydər Əliyev Fondu tərəfindən inşa olunan 460 şagird yerlik yeni məktəb binası artıq şagird və müəllimlərin istifadəsinə verilib. Üç korpusdan ibarət iki mərtəbəli binada 21 sinif otağı, fizika, kimya, biologiya labaratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib.