AZ

DGK sədri Qobustan və Şamaxı sakinləri ilə görüşəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov sentyabrın 20-də saat 10:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (ünvan: Qobustan şəhəri, Heydər Əliyev pr. 1d) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüşəcək.

DGK-dən Yeniazerbaycan.com-a bildirilib ki, görüş zamanı Qobustan və Şamaxı rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün 195 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
yeniazerbaycan.com

7Mənbələr