“PAŞA Holdinq” və “Bravo” supermarket şəbəkəsi 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanların 18 yaşadək övladları üçün sosial dəstək proqramı həyata keçirir.
Proqram çərçivəsində sözügedən övladlara yeni dərs ilinin başlanması münasibətilə məktəbli ləvazimatları təqdim olunub. Belə ki, ümumilikdə layihə çərçivəsində 44 günlük Vətən müharibəsində, Zəfərdən sonra, sentyabr təxribatları və antiterror tədbirləri zamanı şəhid olan şəxslərin 1740-a yaxın məktəbli övladı dərs ləvazimatları ilə təmin ediliblər.
Xatırladaq ki, cari proqram artıq ikinci ildir davam edir. Bu ildən etibarən bu proqrama antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da əlavə olunub.