AZ

Ədliyyə Nazirliyi tərəfindən hakimlər üçün təlimlər keçirilir

Ədliyyə

Bakı, 16 sentyabr, AZƏRTAC

Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev və həmin universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, Ural Dövlət Hüquq Universitetinin professoru Konstantin Branovitskiy tərəfindən Qusarda hakimlər üçün mülki hüquq və mülki proses üzrə təlimlər keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beş gün müddətində keçiriləcək təlimlərdə müxtəlif instansiyalar üzrə 13 hakim iştirak edir. Təlimlər hakimlərin təlimçi kimi bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunur. Təlim iştirakçıları gələcəkdə hakimlərin tədrisi prosesinə təlimçi kimi cəlb ediləcəklər.

Həmçinin yaxın vaxtlarda digər qanunvericilik sahələri üzrə də təlimlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və həmin çərçivədə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Seçilən
0
9
azertag.az

10Mənbələr