"Bavariya"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Mühen təmsilçisinin müdafiəçisi Saşa Boe sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu komandanın məşqi zamanı sol ayağının dizindən zədə alıb. 24 yaşlı sağ cimah müdafiəçisi əməliyyat olunub. O. bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Bavariya" Saşa Boeni bu ilin yanvar ayında "Qalatasaray"dan transfer edib. Futbolçu cari mövsümdə Budesliqada meydana çıxdığı 2 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi