Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2024-2025-ci tədris ilininbaşlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təminolunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşınaçatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsiməqsədilə bir sıra addımlar atıb.
Trend xəbərverir ki, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə infrastrukturunsağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təminedilməsi məqsədilə aprel ayından etibarən Pirşağı-Sumqayıtsahəsində proflaktik işlər görülüb.
Belə ki, yeni dərs ilinin başlaması ilə əlaqədar artan sərnişintələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu xəttiilə hərəkət edən qatarlar yenilənmiş qrafiklə xidmət göstərəcək. 16sentyabr tarixindən qüvvəyə minən yeni hərəkət cədvəlinə əsasən,Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə gediş-gəliş reyslərininsayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə isə36-dan 42-yə çatdırılıb.
Reyslər üzrə mütəmadi reydlər həyata keçirilib, bütün vağzal vəstansiyalarda təmir və abadlıq işləri aparılıb. Həmçinin yayaylarında bələdçilər, kassir və kassir-nəzarətçilərin təlimlərəqatılması təmin edilib ki, bütün bunlar da xidmət keyfiyyətininyüksəldilməsi və sərnişin məmnuniyyətinin artırılmasınayönəlib.
Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədiləqatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib,aidiyyəti texniki və estetik təmir işləri aparılıb.
Dəmiryol nəqliyyatının xidmətlərindən istifadə edənsərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsiistiqamətində ADY mütəmadi olaraq tədbirlər keçirir. Yay aylarıərzində vağzal və stansiyalarda yanğın təhlükəsizliyi sistemi,elektrik qurğu və cihazlarının yoxlanılması həyata keçirilib,platformalarda yanğın nasosları yoxlanılıb, bütün bələdçi vəmaşinist heyətinə yanğın təhlükəsizliyinin əsasları mövzusundanəzəri və praktiki təlim keçirilib.
Yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraqBakı-Sumqayıt-Bakı ekspres qatarının siqnalizasiya sisteminin sınaqtesti baş tutub və bu istiqamətdə bələdçi heyətinə nəzəri vəpraktik təlim keçirilib.
Həmçinin beynəlxalq təcrübəyə əsasən, bələdçi heyəti ilkinyardımın əsasları təliminə cəlb olunub.
Sərnişinlərin təhlükəsiz səyahətlə bağlı məlumatlılıqdərəcəsinin artırılması üçün təhlükəsizlik mövzusunda videoçarxhazırlanıb və qatarların daxilində təqdim edilir. Bundan başqa,qatarların daxilində beynəlxalq təcrübəyə əsaslanaraq təhlükəsizliküzrə posterlər yerləşdirilib, stansiya və dayanacaqlarda isəməlumatverici, qadağanedici, xəbərdaredici nişanlar yenilənib.
ADY Bakı Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsindədəmir yollarının təhkim zolaqlarının məişət tullantılarındantəmizlənməsini həyata keçirib. Təmizlik işləri çərçivəsində Sabunçurayonunun Zabrat və Kürdəxanı qəsəbələri ərazisində dəmir yollarıvə onlara yaxın ərazilər müxtəlif növ məişət tullantılarındantəmizlənib və nəticədə, həm dəmir yolu infrastrukturunun, həm dəətraf ərazilərin ekoloji vəziyyəti yaxşılaşdırılıb.
Vağzal və stansiyalarda tullantıların idarə edilməsi sistemininqurulması istiqamətində çeşidlənmiş tullantı qabları yerləşdirilib.Plastik tullantılarla hidrosferin çirklənməsinə diqqət çəkmək,biomüxtəlifliyin qorunması məqsədilə yeni pilot layihələr üzərindəiş aparılır.
ADY ətraf mühiti qoruyan, həmçinin insan sağlamlığı üçün faydalıolan velosipeddən istifadə edən sərnişinləri də nəzərə alır.
Qatarlarda əl yükləri üçün nəzərdə tutulmuş yerlərdə bir ədədqatlana bilən mühərriksiz və batareyasız velosipedin çexolunda,uşaqlar üçün nəzərdə tutulmuş mühərriksiz, batareyasız skuterin(samokat) yığılmış vəziyyətdə ödənişsiz aparılmasına icazə verilir.FLIRT markalı qatarların dördüncü vaqonunda isə mühərriksiz və 2ədəd batareyasız velosipedin daşınması üçün nəzərdə tutulmuş yerlərmövcuddur. Həmçinin ADY Abşeron dairəvi dəmir yolu xətti üzrə bütünstansiyalarda velosiped dayanacaqları quraşdırıb, Keşlə, Bakıxanov,Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryoldayanacaqlarında avtodayanacaqları sərnişinlərin istifadəsinəverib. Bu xidmətlərdən istifadə ödənişsizdir.
Görülmüş bütün bu tədbirlər müştəri məmnuniyyətinin artmasına vəsəfər zamanı daha çox sərnişinin qatarlara üstünlük verməsinəgətirib çıxarır. Müştəri məmnuniyətinin ölçülməsi baxımından2024-cü ilin aprel ayında sərnişin daşımaları üzrə fiziki və onlaynformada soğru keçirilib və nəticələrə əsasən məmnuniyyətgöstəricisi 88% olub.
ADY qatarları ilə bu ilin avqust ayında 651 min sərnişin daşınıbki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur. Abşerondairəvi dəmir yolu xətti üzrə günlük səfər sayı isə 30 minəyaxındır.