AZ

Qəzzanın şimal bölgələrində “çörək böhranı”

Qəzzada çörək zavodları fəaliyyətini dayandırıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Qəzza zolağında "Acur Çörəkçilik" şirkətinin sahibi Kamil Acur bildirib ki, Qəzza şəhərində və Qəzza zolağının şimal bölgəsində sahibi olduğu 6 çörək zavodundan 5-i İsrailin çörək istehsalı üçün lazım olan yanacaq və xammalı əngəlləməsi səbəbindən bağlanıb. Bunun nəticəsində bölgədə çörək böhranı yarana bilər.

Qeyd edək ki, 10 gündür ki, Qəzza şəhəri və şimal bölgələrindəki sobalara yanacaq verilmir. "İsrail təxminən bir ay əvvəl un, şəkər və maya kimi əsas materialların bölgəyə girişini məhdudlaşdırıb".

Yanacaq və xammal böhranının çörək zavodlarının bağlanmasına səbəb olduğuna diqqət çəkən Acur, böhranın davam edəcəyi təqdirdə tək işləyən çörək sexində iş günlərini azaltmalı ola biləcəklərini söylədi.

7News.Az
Seçilən
11
1
7news.az

2Mənbələr