AZ

Şamaxının Hacıqədirli kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Şamaxının Hacıqədirli kəndində Heydər Əliyev Fondu tərəfindəninşa olunan 132 şagird yerlik yeni məktəb binası istifadəyəverilib. Yeni istifadəyə verilən məktəb binasının açlışında HeydərƏliyev Fondunun, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri,məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirakediblər.

Trend xəbər verir ki, HeydərƏliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Şamaxı Rayon İcraHakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, məktəbin yenibinasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdlərətəbriklərini çatdırıblar.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, ocümlədən Şamaxıda son illər ümumtəhsil məktəblərinin maddi-texnikibazasının möhkəmləndirilməsindən, yeni tədris ocaqlarınıntikilməsindən, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyilayihələrdən danışıb.

Məktəbin direktor əvəzi Şeyda Şeydayev çıxışında tədris ocağınınzəruri avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Buna görəkollektiv və kənd sakinləri adından Heydər Əliyev Fondununprezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, Şamaxı rayonunun Hacıqədirli kənd tam ortaməktəbinin binası 1975-ci ildə inşa olunub. Bina istifadəyəyararsız vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən 132şagird yerlik yeni məktəb binasının inşası həyata keçirilib.İkimərtəbəli məktəb binası 3 korpusdan ibarətdir. Məktəb zərurimebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isəəyani vəsaitlərlə tam təchiz edilib. Burada 10 sinif otağı, fizika,kimya laboratoriyaları, informatika, hərbi təlim və əmək təlimiotaqları, kitabxana, yeməkxana, akt və idman zallar, açıq idmanmeydançası var. Yeni tədris ocağı daimi su, istilik sistemi, eləcədə yanğın xəbərverici və videomüşahidə sistemləri ilə təminedilib.
Məktəbdə 122 şagirdin təhsil təlim-tərbiyəsi ilə 16 müəllim məşğulolacaq.

Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Şamaxının
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
7
az.trend.az

7Mənbələr